...

Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (FOTO/VİDEO)

Siyasət Materials 15 Mart 2021 15:06 (UTC +04:00)

Bakı. Trend:

Əməliyyat-taktiki təlimlərində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.
Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti