...

Ailə Məcəlləsində dəyişikliklər təsdiqləndi

Siyasət Materials 9 Aprel 2021 14:45 (UTC +04:00)
Ailə Məcəlləsində dəyişikliklər təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Dəyişikliyə əsasən uşağı övladlığa götürmək istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti