...

Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub

Siyasət Materials 13 May 2021 21:25 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub

Bakı. Trend:

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildiriblər ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti