...

Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin olunub

Siyasət Materials 21 May 2021 11:49 (UTC +04:00)
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin olunub

Bakı. Elçin Mehdiyev - Trend:

Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin olunub.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəddə əksini tapıb.

Sənədə əsasən, aşağıdakı şəxslərin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:

1. Allahverdiyev Əli Kərim oğlu

2. Kuimova Vera Gennadiyevna

3. Qurbanov Yusifəli Süleyman oğlu

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti