Ağdam. Aslan Məmmədli - Trend:
ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Ağdam şəhərində səfərdədir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, şəhərdə erməni vandalizminə canlı şahidlik edən nümayəndə heyəti Ağdam Cümə Məscidində olub.
Onlar, həmçinin şəhərin tarixi və vandalizmə məruz qalmasını əks etdirən fotostendlə tanış olublar.
Qeyd edək ki, səfərdə mərkəzin idarə heyəti Əfqan Nifti, Robert Sekuta, Mikael Repass, Roqer Kanqas və Jeremy Cohen də iştirak edirlər.