...

Braziliyada Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO)

Siyasət Materials 10 İyun 2021 13:00 (UTC +04:00)
Braziliyada Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Braziliyanın San Paolo şəhərində yaşayan ictimai fəal Andreia Hirominin təşəbbüsü ilə Ermənistanın bu şəhərdəki fəxri konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyanın məqsədi Ermənistanın mina xəritələrini Azərbaycan dövlətinə təhvil verməkdən imtina etməsinə, Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək olub.

Azərbaycan və Braziliyanın dövlət bayraqları ilə aksiyaya qatılan bir qrup San Paolo sakini azərbaycanlı jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər. A.Hiromi bildirib ki, mina xəritələrini təqdim etməsi barədə Azərbaycanın israrlı tələblərinə Ermənistan məhəl qoymur. Aksiya iştirakçıları braziliyalıların Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərini bəyan ediblər.

Eyni zamanda Azərbaycana sevgisi ilə fərqlənən A.Hiromi və dostları terrorçu dövlət olan Ermənistanın yolverilməz davranışına etirazı əks etdirən posterlərin San Paolo şəhərinin ictimai yerlərində, o cümlədən Ermənistan konsulluğu qarşısında yerləşdirilməsi kampaniyasını gerçəkləşdiriblər. Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti