...

Ermənistanla Azərbaycan arasında gərginliyin azalması və dialoqa başlanması lazımdır - ATƏT-in sədri

Siyasət Materials 11 İyun 2021 21:52 (UTC +04:00)
Ermənistanla Azərbaycan arasında gərginliyin azalması və dialoqa başlanması lazımdır - ATƏT-in sədri

Bakı. Trend:

Ermənistanla Azərbaycan arasındakı sərhəddə mövcud gərginliyin artması, həll olunmamış məsələlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir problem olaraq qaldığını göstərir.

Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in sədri, İsveç Xarici İşlər naziri Ann Linde ABŞ Konqresi yanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) dinləmələrində video bağlantı vasitəsi ilə çıxış edərkən bildirib.

A.Linde qeyd edib: "Beynəlxalq hüquqa uyğun olaraq davamlı siyasi həll üzrə danışıqları bərpa etmək, humanitar ehtiyacları və insan hüquqları məsələlərini həll etmək üçün tərəflər arasında gərginliyin azaldılması və dialoqun başlaması lazımdır".

ATƏT-in sədri Rusiya, ABŞ və Fransanın təmsil etdiyi həmsədrlərlə ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti