...

ATƏT Cənubi Qafqazda etimadın möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirəcək - ATƏT sədri

Siyasət Materials 29 İyun 2021 12:01 (UTC +04:00)
ATƏT Cənubi Qafqazda etimadın möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirəcək - ATƏT sədri

Bakı. Trend:

ATƏT Cənubi Qafqazda etimadın möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirəcək.

Trend-in məlumatına görə, bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan tərəfinin Ağdam rayonunun mina xəritələri müqabilində 15 ermənini təhvil verməsi regionda etimadın möhkəmləndirilməsi üzrə vacib addımdır.

A.Lindenin sözlərinə görə, ATƏT bu istiqamətdə fəal addımlar atmaqda davam edir:

"Regionda mənim xüsusi nümayəndəm aktiv fəaliyyət göstərir. Mən bir neçə gün əvvəl onunla görüşmüşəm. Bundan başqa, ATƏT Minsk qrupu da fəaliyyətini davam etdirir".

O əlavə edib ki, ATƏT regionda qalan aktual məsələlərin uzunmüddətli siyasi həllinin tapılması üçün tədbirlər görməkdə davam edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti