Bakı. Trend:
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində iyulun 18-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.