...

Eldəniz Səlimovun toxunulmazlığının ləğvi ilə bağlı təqdimatımın kifayət qədər əsasları var - Baş prokuror

Siyasət Materials 3 Avqust 2021 11:14 (UTC +04:00)
Eldəniz Səlimovun toxunulmazlığının ləğvi ilə bağlı təqdimatımın kifayət qədər əsasları var - Baş prokuror

Bakı. Elçin Mehdiyev - Trend:

Deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı parlamentə təqdimatımın kifayət qədər əsasları olub.

Trend-in məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

K.Əliyev bildirib ki, bu gün bəşəriyyəti koronavirus bəlası bürüyüb: “Ölkəmizdə virusun qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür və müsbət nəticələr əldə edilib. Bütün dövlət qulluqçuları, vətəndaş cəmiyyəti bu məsələdə birləşib. Bu sahədə hüquq-mühafizə orqanlarının, xüsusilə daxili işlər orqanlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov polisin karantin qaydalarına əməl olunmasını tələb etməsi barədə qohumlarından məlumat alaraq həmin polis əməkdaşını evindən kafeyə çağırtdırıb və məlum hadisə baş verib. Məsələ araşdırılıb, cinayət işi qaldırılıb. Cinayət işinin aparılması üçün Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi zəruridir”.

Xəbər lenti

Xəbər lenti