...

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda idarəetmə sisteminin inkişafına və dövlətçilik ənənələrinə xüsusi töhfə vermiş görkəmli siyasətçidir - Petre Roman

Siyasət Materials 26 Avqust 2021 17:31 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda idarəetmə sisteminin inkişafına və dövlətçilik ənənələrinə xüsusi töhfə vermiş görkəmli siyasətçidir - Petre Roman

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz ölkəsində idarəetmə sisteminin inkişafına və dövlətçilik ənənələrinə xüsusi töhfə vermiş görkəmli siyasətçidir.

Bunu Trend-ə Rumıniyanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petre Roman deyib.

O bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda inkişaf naminə fəaliyyəti heyranlıq doğurur:

“Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu və digər tədbirlər çərçivəsində Mehriban Əliyeva ilə görüşləri böyük hörmətlə xatırlayıram. Mənim bu tədbirlərdən təəssüratlarım elədir ki, Mehriban Əliyevanın fəaliyyəti ümumilikdə Azərbaycanın milli-mədəni dəyərlərinin təşviqinə yönəlib. O, həm də öz işi ilə Prezident İlham Əliyevin Azərbaycanın inkişafına yönəlmiş uğurlu siyasətinə böyük töhfə verir”.

P.Roman Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarının təşviqində gördüyü irimiqyaslı işi xüsusi qeyd edib.

Sabiq baş nazirin sözlərinə görə, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya kimi sahələrdə müxtəlif layihələrin reallaşdırılması yolu ilə sosial-iqtisadi sferaya mühüm töhfə verməklə Azərbaycanın ictimai inkişafında fəal iştirak edir. Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri respublika və dünya əhəmiyyətli tarixi abidələrin restavrasiyasıdır. Fond təkcə Azərbaycanda deyil, həm də xaricdə tarixi abidələri bərpa edir, yeni mədəniyyət mərkəzləri – musiqi məktəbləri, muzeylər, şəkil qalereyaları, kitabxanalar yaradır:

“Mən bütün siyasi karyeram boyunca Rumıniyada müxtəlif etnos və dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın qurulmasına xidmət etmişəm. Vurğulamaq istəyirəm ki, Azərbaycan Şərqdə qadınlara seçmə və seçilmə haqqı verən ilk müsəlman ölkəsidir. Bu, İslam dəyərləri ilə demokratiyanın ahənginin vacib nümunəsidir. Öz təcrübəmə əsaslanaraq, mən Mehriban Əliyevanın multikulturalizm və mədəniyyətlərarası dialoq sahələrində nailiyyətlərini yüksək qiymətləndirirəm.

Əminliklə demək olar ki, Azərbaycan müxtəlif sivilizasiyalar arasında körpüyə çevrilib. Bu kontekstdə mən Azərbaycan Prezidenti İlham Əliyevin son konfransda onlayn formatda əlamətdar çıxışını xatırlatmaq istərdim. O, çıxışında öz ölkəsinin maraqlarına uyğun mövqeyini vurğuladı, bu sahədə dünyada yaranmış vəziyyətə dərindən nüfuz etdiyini nümayiş etdirdi. Biz həm də əmin olduq ki, Azərbaycan Prezidenti Vətən müharibəsindən sonra erməni xalqının taleyinə biganə deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti