...

Lavrov Ermənistan XİN rəhbəri ilə Qarabağla bağlı razılaşmaları müzakirə edəcək

Siyasət Materials 28 Avqust 2021 12:30 (UTC +04:00)
Lavrov Ermənistan XİN rəhbəri ilə Qarabağla bağlı razılaşmaları müzakirə edəcək

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 31-də Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Qarabağla bağlı üçtərəfli razılaşmaların reallaşdırılmasını müzakirə edəcək.

Trend-in məlumatına görə, görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının reallaşdırılması məsələsi nəzərdən keçiriləcək.

Bundan başqa, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər humanitar məsələlər müzakirə mövzusu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti