...

Şuşa təkcə çox gözəl bir yer deyil, həm də Qarabağın ruhudur – Özbək jurnalist

Siyasət Materials 1 Sentyabr 2021 15:38 (UTC +04:00)
Şuşa təkcə çox gözəl bir yer deyil, həm də Qarabağın ruhudur – Özbək jurnalist

Şuşa. Vüqar İmanov, Sədrəddin Ağcayev - Trend:

Şuşa təkcə çox gözəl bir yer deyil, həm də Qarabağın ruhudur.

Bunu Trend-ə Özbəkistanın UZA Milli İnformasiya Agentliyinin əməkdaşı Saidmurod Rahimov Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının “Azərbaycana Media Tur” çərçivəsində Şuşa şəhərinə səfəri zamanı deyib.

O, səfərdən çox gözəl təəsüratların yarandığını bildirib: "Biz bu şəhərin tarixinə aid olan müxtəlif mədəni obyektləri ziyarət etdik. Təəssüf ki, biz abidələrin üzərində güllə izləri gördük. Bu, çox böyük vandalizmdir. Belə bir şey olmamalıdır, insanlara və onun tarixinə hörmət etmək lazımdır".

S.Rəhimov, həmçinin, Azərbaycanın digər azad edilmiş rayonlarına səfərləri ilə bağlı təəssüratlarını bölüşüb: "Biz Cəbrayıl rayonunda dağıntıları görüb çox təsirləndik. Orada hatta qəbiristanlıqlar dağıdılıb, evlərin ancaq divarları qalıb. Hiss olunur ki, əvvəllər orada həyat olub və ümid edirik ki, tezliklə bərpa olunacaq, insanlar doğma evlərinə qayıdacaqlar. Mən inanırdım ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edəcək. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan xalqı daha güclü oldu, buraya qayıdacağı və ədalətin bərpa olunması ümidi ilə yaşamağa başladı".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti