...

İƏT nümayəndə heyəti Ağdamda faktaraşdırıcı missiya həyata keçirir (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Sentyabr 2021 15:54 (UTC +04:00)
İƏT nümayəndə heyəti Ağdamda faktaraşdırıcı missiya həyata keçirir (FOTO) (ƏLAVƏ OLUNUB)

Ağdam. Trend:

Azərbaycan Ombudsmanı İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə birgə Ağdamda faktaraşdırıcı missiya həyata keçirir.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevanın dəvəti ilə hazırda ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə faktaraşdırıcı missiyası davam edir. Faktaraşdırıcı missiya Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə həyata keçirilir.

Faktaraşdırıcı səfərin əsas məqsədi işğaldan azad olan Azərbaycan torpaqlarında yerində araşdırmalar aparmaq, sübutlar toplamaq və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərməkdir.

Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirilir. Pənahəli xanın məqbərəsi, Ağdam Cümə və Qiyaslı məscidləri, eyni zamanda şəhərdə dağıntılara məruz qalmış digər mədəni və sosial obyektlərlə bağlı yerində araşdırma aparılır.

Müvəkkil və İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti həmçinin, Ağdamda minalanmış əraziyə baxış keçiriblər və qonaqlara mina və digər partlayıcı qurğuların insanların həyat və sağlamlığına yaratdığı ciddi təhlükə, eyni zamanda mina qurbanları ilə bağlı məlumat verilib.

Müvəkkil və İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyətinin faktaraşdırıcı missiyası davam etdir.

XXX
Saat: 14.49

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyətinin Ağdam şəhərinə səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyətinin faktaraşdırıcı missiyasının məqsədi Ağdamda ermənilərin sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törətdiyi vandalizm aktlarının monitorinqini aparmaqdır.

Monitorinqlərdən sonra əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti