...

Ermənistan Türkiyə ilə münasibətləri mərhələli şəkildə tənzimləməyə hazırdır - Təhlükəsizlik Şurasının katibi

Siyasət Materials 24 Sentyabr 2021 12:59 (UTC +04:00)
Ermənistan Türkiyə ilə münasibətləri mərhələli şəkildə tənzimləməyə hazırdır - Təhlükəsizlik Şurasının katibi

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan Türkiyə ilə münasibətləri mərhələli şəkildə tənzimləməyə, eləcə də iki ölkə nümayəndələri arasında yüksək səviyyədə görüşlərə hazırdır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O, regionda sülhün təmin olunmasının vacibliyini vurğulayıb: "Məhz bu kontekstdə biz Türkiyə ilə münasibətləri tənzimləməyə hazırıq. Bu baxımdan tənzimlənmə imkanlarından biri olaraq ali və yüksək səviyyədə görüşlərin təşkil olunmasını vacib hesab edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti