Bakı. Elçin Mehdiyev - Trend:
Xocalıda və vaxtilə Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində günahsız insanları – uşaqları, qadınları, ahılları vəhşicəsinə qətlə yetirən, 44 günlük müharibə ilə mövcudluğuna son qoyulmuş münaqişənin həlli ilə bağlı danışıqlar prosesində verdiyi heç bir sözün üzərində durmayan Serj Sarkisyanın Qafqaz xalqlarına məxsus olan dəyərlərdən, o cümlədən kişilikdən danışmağa haqqı yoxdur.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, nakişilik Azərbaycan xalqının çörəyini yeyib ona qarşı bütün şərəfsizliklərə əl atmaq, torpağını mənimsəməyə çalışmaq, onu soyqırımına, etnik təmizləməyə məruz qoymaq, sərvətini talan etməkdir: “Qafqazda doğulduğun torpağa və onun titul xalqına, yediyin çörəyə, içdiyin suya xəyanət etmək, uşaqlara, qadınlara əl qaldırmaq, verdiyin sözün üstündə durmamaq ən böyük nakişilik sayılır.
Serj, sən alçaq və rəzil müharibə cinayətkarısan, uşaq qatilisən. Vaxtilə Azərbaycan torpaqlarının işğalına tülkü kimi arxasında gizləndiyin hansı qüvvələrin hesabına nail olduğunu da çox yaxşı bilirsən. Sən və sənin rəhbərlik etdiyin müharibə cinayətkarları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun Ali Baş Komandanı olduğu Silahlı Qüvvələr tərəfindən həm döyüş meydanında, həm də siyasi səhnədə darmadağın edilmisiniz.
44 günlük müharibə dövründə gizlənməyə deşik axtarırdınız, səsiniz belə çıxmırdı. “Məğlubediləz” adlandırdığınız Ermənistan ordusunun əsgər və zabitləri Azərbaycan ordusunun qarşısından tülkü kimi qaçırdılar. Sənin və Robert Koçaryanın qurduğu “ordu”nun 10 mindən çox fərarisi var. Bu, hələ rəsmi şəkildə etiraf olunan rəqəmlərdir.
Biz səni də, sənin kimiləri də məhv etmişik. Yaşadığınız hər gün erməni xalqının şərəfsizlik tarixinə yazılır və sənin kimilər bəşəriyyətin üz qarasıdır. Unutma, sizi Azərbaycan torpaqlarından it kimi qovan Azərbaycan ordusu günün birində sənə də boynunun ardını göstərəcək”.
Twitter: @ElchinMehdiyev