...

Cəbrayıl şəhər mərkəzi xəstəxanasının tikintisi üçün 500 min manat ayrıldı - SƏRƏNCAM

Siyasət Materials 4 Oktyabr 2021 14:32 (UTC +04:00)
Cəbrayıl şəhər mərkəzi xəstəxanasının tikintisi üçün 500 min manat ayrıldı - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Cəbrayıl şəhər mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti