...

Prezident İlham Əliyev: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq

Siyasət Materials 17 Oktyabr 2021 17:37 (UTC +04:00)
Prezident İlham Əliyev: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq

Bakı. Trend:

Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək.

Trend xəbər verir ki, Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu barədə danışan Prezident İlham Əliyev deyib: “Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaqdır”.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Füzuli şəhərinin baş planı təqdim ediləcək, Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti