...

Vaksinlərin dünyada ədalətli paylanmasını təmin etməliyik - Nazir

Siyasət Materials 4 Noyabr 2021 13:42 (UTC +04:00)
Vaksinlərin dünyada ədalətli paylanmasını təmin etməliyik - Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

COVID-19-a qarşı mübarizəmizi sərtləşdirməliyik.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

C.Bayramov bildirib ki, Azərbaycan həm yerli, həm də qlobal səviyyədə pandemiyaya qarşı səmərəli mübarizə aparır: “Bütün dünya bu istiqamətdə səylərini birləşdirməlidir. Prezident İlham Əliyev bu barədə dünya ictimaiyyətinə mühüm çağırışlar edib. Pandemiya ilə mübarizədə mühüm vasitə olan vaksinlərin dünyada ədalətli paylanmasını təmin etməliyik”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti