...

Siyasi partiyalara ayrılacaq vəsaitin məbləği 25 faiz artırılır

Siyasət Materials 5 Noyabr 2021 12:38 (UTC +04:00)
Siyasi partiyalara ayrılacaq vəsaitin məbləği 25 faiz artırılır

Bakı. Elçin Mehdiyev - Trend:

Gələn il Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği müəyyənləşib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, VI çağırış Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.

Qanun layihəsi Milli Məclisə daxil olub və komitə iclaslarında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti