...

ATƏT Ermənistan ilə Azərbaycan sərhədində gərginliyi azaltmağa çağırır

Siyasət Materials 17 Noyabr 2021 23:57 (UTC +04:00)

Bakı. Trend:

ATƏT Ermənistan ilə Azərbaycan sərhədində gərginliyi azaltmağa çağırır.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in sədri, İsveçrə Xarici İşlər naziri Ann Linde öz "Twitter" səhifəsində yazıb.

A.Linde bildirib: "Biz Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə olunmasını alqışlayır, gərginliyi azaltmağa çağırırıq. İnsan itkiləri ilə bağlı təəssüfümüzü bildiririk".

Qeyd edək ki, Ermənistanın noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10-u yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti