...

Əminəm ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü baş tutacaq - Lavrov

Siyasət Materials 19 Noyabr 2021 15:50 (UTC +04:00)
Əminəm ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü baş tutacaq - Lavrov

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün baş tutacağından əminliyini bildirib.

Trend-in məlumatına görə, nazir bunu bu gün Moskvada ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə birgə mətbuat konfransında deyib.

"Siz demisiniz ki, Kreml mümkün üçtərəfli görüş üçün konsensusun lazım olduğunu vurğulayır. Mən də təsdiq edə bilərəm ki, konsensusun olması üçün tərəflərin bununla razılaşması lazımdır. Mən əminəm ki, bu görüş baş tutacaq" - deyə, S.Lavrov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti