...

ATƏT Cənubi Qafqaz ölkələrinin münasibətlərinin inkişafını tam dəstəkləyir - Sədr

Siyasət Materials 2 Dekabr 2021 14:23 (UTC +04:00)
ATƏT Cənubi Qafqaz ölkələrinin münasibətlərinin inkişafını tam dəstəkləyir - Sədr

Bakı. Trend:

ATƏT Cənubi Qafqaz ölkələrinin münasibətlərinin mümkün inkişafını tam dəstəkləyir.

Trend-in məlumatına görə, bunu ATƏT-in hazırkı sədri Ann Linde üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ kontekstində həll olunmamış məsələlər qalıb ki, bu da Azərbaycanla Ermənistan sərhədindəki insidentlərdə əks olunur:

"ATƏT Cənubi Qafqazda uzunmüddətli sülhün qurulmasını dəstəkləyir. Biz həm də hesab edirik ki, regionun üç ölkəsi, Azərbaycan, Ermənistan və Gürcüstan münasibətlərin inkişafı üçün böyük potensiala malikdir və mənim xüsusi nümayəndəm ölkələrin bunda maraqlı olacağı təqdirdə öz köməyini göstərməyə hazırdır", - deyə ATƏT sədri bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti