...

İsrail Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndirir - Səfir

Siyasət Materials 2 Dekabr 2021 17:02 (UTC +04:00)
İsrail Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndirir - Səfir

Bakı. Trend:

Azərbaycanla İsrail arasında strateji tərəfdaşlıq qurulub və İsrail bunu çox yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanla İsrailin əlaqələri diplomatik münasibətlərdən daha qədimdir.

"Azərbaycandakı yəhudi icması dünyanın ən böyük icmalarındandır. Azərbaycanın İsraildəki icması da kifayət qədər böyükdür. Bizim məqsədimiz Azərbaycan strateji tərəfdaşlığı yüksək səviyyədə görüşlər vasitəsilə möhkəmləndirməkdir", - deyə səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti