...

Ermənistan 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində hələ də bütün öhdəliklərini yerinə yetirmir - Ceyhun Bayramov

Siyasət Materials 2 Dekabr 2021 19:47 (UTC +04:00)
Ermənistan 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində hələ də bütün öhdəliklərini yerinə yetirmir - Ceyhun Bayramov

Bakı. Trend:

Ermənistan hələ də noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirmir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan hələ də bütün hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb və regionda bütün iqtisadi-nəqliyyat kommunikasiyalarının açılmasına maneə dayandırılmalıdır.

“Bu, çox mühüm etimadın möhkəmləndirilməsi və müharibədən sonrakı normallaşma tədbiridir, eyni zamanda bütün maraqlı tərəflər üçün böyük iqtisadi faydalar gətirər”, - o deyib.

C.Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin tezliklə açılması təkcə yük və sərnişin daşımalarına başlamaq üçün deyil, həm də Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaları üçün lazımdır.

"Bu, əməkdaşlığın inkişafına töhfə verəcək və bütün region üçün misilsiz imkanlar yaradacaq", - Bayramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti