...

Millət vəkili Sevil Mikayılova seçiciləri ilə görüşüb (FOTO)

Siyasət Materials 7 Fevral 2022 17:49 (UTC +04:00)
Millət vəkili Sevil Mikayılova seçiciləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevil Mikayılova Gödəkli və Qıraqlı kəndlərində seçiciləri ilə görüş keçirib.

Trend xəbər verir ki, kənd sakinləri yararsız yollar, su, qaz və elektrik enerjisi təchizatı ilə bağlı bir sıra problemləri səsləndiriblər. Sakinlərin qaldırdıqları məsələlərlə bağlı S.Mikayılova qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlara müraciət olunacağını bildirib. Bundan əvvəl qurumlara olunmuş müraciətlərin operativ cavablandırıldığı qeyd olunub. Bir sıra məsələlərin müsbət həllini tapdığı vurğulanıb.

Görüşdə iştirak edən seçicilər daim onların rifahının yüksəldilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət siyasətinə dəstəklərini ifadə ediblər, Birinci xanım Mehriban Əliyeva tərəfindən vətəndaş müraciətlərinə xüsusi həssaslıq və qayğı ilə yanaşıldığını məmnunluqla qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti