...

Azərbaycanda bu iki rayon ləğv edilir

Siyasət Materials 9 Fevral 2022 18:15 (UTC +04:00)
Azərbaycanda bu iki rayon ləğv edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur.

Trend-in məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Sözügedən rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti