...

Azərbaycan regionda sülh prosesini dəstəkləyir - Çavuşoğlu

Siyasət Materials 10 Fevral 2022 12:02 (UTC +04:00)
Azərbaycan regionda sülh prosesini dəstəkləyir - Çavuşoğlu

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycan Ermənistanla dayanıqlı sülhün əldə olunmasını istəyir, bu prosesi dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Haber" telekanalına müsahibəsində deyib.

O bildirib ki, Cənubi Qafqazdakı problem Qarabağ Zəfərinin əldə olunması ilə başa çatıb.

"Artıq sülh və əməkdaşlıq zamanıdır. Azərbaycan da bu prosesi dəstəkləyir. Biz də Azərabycanla məsləhətləşmədən heç bir addım atmamışıq. Regionda mühüm layihələr həyata keçirməklə bölgənin inkişafı üçün işləməliyik. Qarabağ zəfərindən alınan dərslər və yaranan imkanlar var. Biz bu qələbədən sonra müsbət mesajlar verdik. Paşinyan da seçkidə qalib gəldikdən sonra vacib mesajlar verib. Ermənistan və Türkiyə xüsusi nümayəndələr təyin edib. Onların ilk görüşü Moskvada baş tutdu. Növbəti görüşün fevralın 24-də Vyanada keçirilməsi planlaşdırılır", - deyə nazir bildirib.

M.Çavuşoğlu həmçinin, yaxın zamanlarda Azərbaycana səfər edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti