...

MÜSİAD Azərbaycan və Gənc MÜSİAD üzvləri Zeynalabdin Tağıyevin həyat və yaradıcılığı ilə tanış olublar (FOTO)

Siyasət Materials 19 Fevral 2022 15:50 (UTC +04:00)
MÜSİAD Azərbaycan və Gənc MÜSİAD üzvləri Zeynalabdin Tağıyevin həyat və yaradıcılığı ilə tanış olublar (FOTO)

Bakı. Trend:

MÜSİAD Azərbaycan və Gənc MÜSİAD Azərbaycan üzvləri Milli Azərbaycan Tarixi Muzeyində Zeynalabdin Tağıyevin ev muzeyini ziyarət ediblər.

Bu barədə Trend-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, muzeydə Gənc MÜSİAD üzvlərinə dahi şəxsiyyət və xeyriyyəçi Tağıyevin həyatı haqqında bilgi verilib, Tağıyevin Azərbaycan xalqı üçün önəmi qeyd olunub.

Muzeyi ziyarət edən MÜSİAD Azərbaycan üzvləri Tağıyevin həyatından təsirləndiklərini vurğulayaraq, xeyriyyəçilik və messenatlıq fəaliyyətinin Azərbaycan xalqının ənənələrindən biri olduğunu qeyd ediblər.

Gənc MÜSİAD üzvləri bundan sonra da Azərbaycanın tarixi şəxslərinin həyat və yaradıcılığının öyrənilməsi ilə yanaşı, onların xeyriyyəçilik və messenatlıq ənənəsinin davam etdirilməsinə önəm verəcəklərini bildiriblər.

Qeyd edək ki, daha əvvəl MÜSİAD Azərbaycan üzvləri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib və muzeyin baş direktoru akademik Nailə Vəlixanlı ilə görüşüblər.

Məlumat üçün bildirək ki, MÜSİAD Azərbaycan Vətən müharibəsi şəhidləri və qazilərinin tanıdılması, həyat və döyüş yollarının əbədiləşdirilməsi işinə dəstək vermək məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinə dəstək olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti