...

Baş nazir Əli Əsədov Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Siyasət Materials 25 Fevral 2022 19:56 (UTC +04:00)
Baş nazir Əli Əsədov Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 25-də Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşat ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan-Misir dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olundu.

Bakı şəhərində keçirilən Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyasının 5-ci iclasının və Azərbaycan-Misir biznes forumunun iki ölkə arasında ticarət-iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Görüşdə, həmçinin Azərbaycan ilə Misir arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf perspektivləri müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti