...

Türkiyə və Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsində hərtərəfli əməkdaşlıq edir - Çavuşoğlu

Siyasət Materials 5 Mart 2022 15:09 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyə və Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsində hərtərəfli əməkdaşlıq edir.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, təxliyə məsələsində də iki ölkə arasında koordinasiya mövcuddur.

“Türkiyənin təşkil etdiyi qatarlarla Azərbaycan vətəndaşları, Azərbaycanın təşkil etdiyi qatarlarda isə Türkiyə vətəndaşları da təxliyə edilir”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti