...

Azərbaycanla İran arasında memorandum Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - Deputat

Siyasət Materials 12 Mart 2022 14:14 (UTC +04:00)
Azərbaycanla İran arasında memorandum Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması böyük əhəmiyyət kəsb edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan enerji layihələrini genişləndirərək bu istiqamətdə müəyyən addımlar atmağa qərar verib. “Hesab edirəm ki, Azərbaycanla İran arasında belə bir sənədin imzalanması tarixi hadisədir.

Sözügedən memorandum Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi, Azərbaycanın növbəti diplomatik uğurudur. Memorandum imzalanması, həmçinin, Azərbaycan və İran əlaqələrinin sürətlə inkişaf etdiyinin, yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir.

Ermənistan ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Ermənistan planlarını reallaşdıra bilmədi. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi.

Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. İndi bütün bu cəhdlərin sabun köpüyü olduğunu aydın görən Ermənistan bir daha əsaslı şəkildə düşünməlidir. Qarşıda Ermənistanı hələ çox ağır günlər gözləyir”, - deyə deputat bildirib.

O qeyd edib ki, mövcud layihə İrana, Azərbaycana, eləcə də başqa dövlətlərə əlavə qazanc gətirəcək, bizim Naxçıvana çıxışımızı asanlaşdıracaq.

“Azərbaycan bu barədə növbəti qələbəsini təmin etmiş oldu. Ermənistan başa düşməlidir ki, bu, onlara edilən daha bir xəbərdarlıqdır. Əgər qarşıdakı mərhələlərdə Ermənistan düzgün olmayan qərarlar qəbul etsə, təxribatlar törətsə, Azərbaycanın cavabı çox sərt və bugünkü kimi fərqli olacaq. Ermənistanın tək yolu Azərbaycanla münasibətlərini bərpa etməkdir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti