...

İƏT ölkələrinin jurnalistləri Ağdam və Şuşada abidələrə qarşı vandalizmin şahidi olublar - Hikmət Hacıyev

Siyasət Materials 16 Mart 2022 05:16 (UTC +04:00)
İƏT ölkələrinin jurnalistləri Ağdam və Şuşada abidələrə qarşı vandalizmin şahidi olublar - Hikmət Hacıyev

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İƏT ölkələrinin jurnalistləri ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Hikmət Hacıyev öz "Twitter" hesabında bildirib.

"İslam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv ölkələrin bir qrup jurnalisti ilə görüşməkdən məmnunluq duyuruq. Onlar işğaldan azad edilmiş Ağdam və Şuşa şəhərlərində olub, 60-dan çox məscidə və digər mədəniyyət və dini abidələrə qarşı törədilən vandalizm və talanların şahidi olublar", - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti