...

Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi sayəsində Ümummilli Liderin vəsiyyəti reallaşdı - Rauf Əliyev

Siyasət Materials 22 Mart 2022 19:28 (UTC +04:00)
Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi sayəsində Ümummilli Liderin vəsiyyəti reallaşdı - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 mart 2022-ci il tarixdə Tərtər rayonunun Suqovşan qəsəbəsinə səfər ediblər. Cənab Prezident burdan, tarixi Zəfərdən sonra ikinci dəfə işğaldan azad olunmuş ərazimizdən Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi. Cənab Prezident öz təbrikində bir çox mühüm məsələlərə öz münasibətini bildirdi.

Qeyd olunmuşdur ki, Suqovşan qədim Azərbaycan torpağıdır. Azərbycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb. Sovet hakimiyyəti dövründə, 1923-cü ildə döğma Azərbaycan torpağı olan Qarabağ torpaqlarında heç bir əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Suqovşan və Şuşa şəhəri də bu qondarma quruma daxil edilmişdi. Bu xalqımıza qarşı növbəti ədalətsizlik və düşmənçilik idi. Sonralar ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə Qarabağı və Şərqi Zəngəzurun bir hissəsi işğalı altlnda qalmışdı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qəhrəmanlığı, xalqımızın birliyi,həmrəyliyi sayəsində Ümummilli Liderin vəsiyyəti və Azərbaycan xalqının arzuları reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazanaraq doğma torpaqlarımızı, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işlərindən danışan cənab Prezident qeyd etmişdir ki, “Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox geniş miqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburu köçkünləri tezliklə bu bu doğma diyara qaytarmaqdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq və bərpa işləri imkan verəcək ki, işğal dövründə ata-baba yurdlarını tərk etmiş soydaşlarımız tezliklə öz doğma yurdlarına qayıdacaq və Novruz Bayramını öz doğma yurdalarında qeyd edəcəklər. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Bununla bağlı cənab Prezident qeyd etmişdir:”Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burda, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.”

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti