...

Türkmənistan Prezidenti hökumətin yeni tərkibini təsdiqləyib

Siyasət Materials 25 Mart 2022 23:27 (UTC +04:00)
Türkmənistan Prezidenti hökumətin yeni tərkibini təsdiqləyib

Bakı. Trend:

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov hökumətin yeni tərkibini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Türkmənistan milli televiziyasının "Vətən" proqramı məlumat yayıb.

Dövlət başçısı ölkə Konstitusiyasına uyğun olaraq yeni prezidentin andiçmə mərasimindən sonra istefa vermiş Nazirlər Kabineti sədrinin müavinlərini vəzifəsinə bərpa edib.

Əvvəllər Sərdar Berdıməhəmmədovun tutduğu baş nazirin iqtisadi, bank işi və beynəlxalq maliyyə təşkilatları üzrə müavini vəzifəsinə maliyyə sahəsində rəhbər vəzifələrdə təcrübəsi olan Məhəmmədqulu Məhəmmədov təyin edilib.

Prezident Serdar Berdiməhəmmədov hökumət üzvlərini əvvəlki vəzifələrinə bərpa edərək, onların yeni dövrdə ölkənin gələcək sosial-iqtisadi inkişafı üçün zəruri olan zəngin təcrübəyə malik olduqlarını qeyd edib, onlara işlərində uğurlar arzulayıb.

Göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirən baş nazirin müavinləri əmin ediblər ki, rəhbərlik etdikləri sahələrin bundan sonra da uğurlu fəaliyyəti üçün səylərini əsirgəməyəcəklər.

Təyin edilmiş sədr müavinləri bir həftə müddətində rəhbərlik etdikləri şöbələrin müdirləri vəzifələrinə namizədlər təklif etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti