...

Ceyhun Bayramov Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb

Siyasət Materials 2 Aprel 2022 17:00 (UTC +04:00)
Ceyhun Bayramov Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ermənistanla danışıqlara həmişə açıqdır.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllini bir daha müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkəmizin bu məsələyə münasibəti hər kəsə məlumdur. Ermənistanın da öz mövqeyini bildirmək şansı olacaq", - Bayramov bildirib.

Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə görüş keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti