...

Albaniya hər zaman Azərbaycanı, həqiqəti və ölkənin tarixi hüquqlarını dəstəkləyir - Baş nazir

Siyasət Materials 14 Aprel 2022 20:47 (UTC +04:00)
Albaniya hər zaman Azərbaycanı, həqiqəti və ölkənin tarixi hüquqlarını dəstəkləyir - Baş nazir

Bakı. Trend:

Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir.

Trend xəbər verir ki, bunu aprelin 14-də ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama Prezident İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.

Baş nazir bildirib: "İlk növbədə, uzun illərdən sonra vəziyyətin dözülməz həddə çatması nəticəsində ölkənizin ərazisinin bir hissəsini uğurla geri qaytardığınız dövrdə burada olmağımdan çox məmnunam. Bildiyiniz kimi, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək. Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq.

Eyni zamanda, xoşbəxtlikdən Türkiyə kimi dövlətin simasında güclü körpüyə malikik. Qəti şəkildə inanıram ki, Sizin də qeyd etdiyiniz kimi, biz daha çox işlər görə bilərik. Əlbəttə, əməkdaşlığımızın artırılması potensialına malik sahələr var və mən bununla bağlı Sizin fikirlərinizi öyrənmək, habelə perspektivləri müzakirə etmək arzusundayam. Bundan əlavə, heyətlərimiz müzakirələr aparır və görək, istər enerji, istərsə də turizm sahəsində hansı nəticələr əldə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti