...

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 19 Aprel 2022 18:28 (UTC +04:00)
Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova aprelin 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.

Trend xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Sadır Japarov və xanımı Ayqul Japarova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Qırğızıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qırğızıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti