...

Rusiya ilə Qərb arasında mübarizə fonunda Cənubi Qafqazın dünyadakı statusu artır - Karnegi Mərkəzinin elmi əməkdaşı

Siyasət Materials 20 Aprel 2022 08:08 (UTC +04:00)
Rusiya ilə Qərb arasında mübarizə fonunda Cənubi Qafqazın dünyadakı statusu artır - Karnegi Mərkəzinin elmi əməkdaşı
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Getdikcə daha çox ölkələrin Rusiyadan yan keçməklə yük daşımaq imkanları axtarması fonunda Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları populyarlaşır.

Cənubi Qafqaz tarixən Asiya ölkələri üçün Avropa bazarına və əksinə çıxış açmış ərazidir. Bu gün Cənubi Qafqazın ərazisindən mühüm trans-Avrasiya dəhlizi - Transxəzər nəqliyyat marşrutu keçir. Getdikcə daha çox ölkə Rusiya ilə, o cümlədən nəqliyyat sektorunda əməkdaşlıqdan imtina etdikcə, əvvəllər Rusiya ərazisindən yük daşıyan həm Avropa, həm də Asiya ölkələrinin hökumətləri nəqliyyat daşımaları üçün alternativ yollar nəzərdən keçirməyə başlayıblar. Məsələn, bu yaxınlarda Qazaxıstan və Latviya arasında danışıqların getdiyi məlum oldu, danışıqlar zamanı, xüsusən, Rusiya ərazisində yerləşən yüklərin Latviyanın Riqa, Ventspils və Liepaya limanlarına yönləndirilməsi imkanları müzakirə edildi.

Bu məsələni Trend-ə şərh edən Karnegi Mərkəzinin elmi əməkdaşı Temur Umarov qeyd edib ki, Rusiyanın beynəlxalq təcridinin güclənməsi fonunda nəqliyyat şirkətləri tərəfindən Cənubi Qafqaz vasitəsilə daşımalara tələbat artır və bundan sonra da artacaq.

"Ümumiyyətlə, biz indi nəyisə proqnozlaşdırmağın çətin olduğu bir vaxtdayıq, lakin artıq aydındır ki, bir çox nəqliyyat şirkətləri Rusiya ərazisinin təmin etdiyi nəqliyyat qovşaqlarını əvəz etmək üçün başqa imkanları nəzərdən keçirirlər", - deyə T.Umarov bildirib.

Onun sözlərinə görə, bu ölkə ətrafında tamamilə bütün marşrutlar cəlbedici olur, o cümlədən Cənubi Qafqaz ərazisindən keçən marşrutlar.

"Cənubi Qafqaz vasitəsilə daşımaların digər ölkələr, o cümlədən Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstan üçün önəmi artır. Düşünürəm ki, indi çox şey Cənubi Qafqaza yönəldiləcək", - deyə T.Umarov bildirib.

O qeyd edib ki, bu fonda Mərkəzi Asiyanın digər ölkələri də Cənubi Qafqaz vasitəsilə yüklərin daşınması imkanlarını fəal şəkildə nəzərdən keçirməyə başlayacaqlar.

"Xüsusilə, ÇXR Cənubi Qafqaza daha çox maraq göstərəcək. Deyə bilərik ki, Cənubi Qafqazın tranzit qovşağı kimi rolu getdikcə artır. Bu rolun nə qədər artacağını və bu marşrutun Rusiya istisna olmaqla bütün Avrasiya üçün ən vacib tranzit marşrutuna çevrilib-çevrilməyəcəyini bilmirik, amma digər alternativ də görsənmir", - deyə Temur Umarov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti