...

Prezident İlham Əliyev: Əfsuslar olsun ki, Ermənistanda tarixi hələ də saxtalaşdırmaqla məşğul olurlar

Siyasət Materials 29 Aprel 2022 12:38 (UTC +04:00)
Prezident İlham Əliyev: Əfsuslar olsun ki, Ermənistanda tarixi hələ də saxtalaşdırmaqla məşğul olurlar

Bakı. Trend:

Əfsuslar olsun ki, Ermənistanda tarixi hələ də, hər bir addımda saxtalaşdırmaqla məşğul olurlar. Eləcə də Azərbaycan torpaqları, Qarabağ ilə bağlı saxtakarlıqların şahidi oluruq.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Cenevrə Universitetinin təmsilçisi Ventzeslav Sabevin sualına cavabında söyləyib.

Erməni tərəfinin saxtakarlıqlarına dair konkret misallar çəkən dövlətimizin başçısı deyib: “Qeyd etməliyəm ki, belə bir saxta tarixi siyasət 5-6 il çəkirdi, hətta ondan sonra yeni bir parametrlərini əlavə edirdilər. Yəni, Azərbaycan şəhərlərinin adlarını belə rəsmən saxta erməni adları ilə dəyişirdirlər. Məsələn, Şuşa şəhərini “Şuşi” adlandırmağa başlamışdılar. “Şuşi” adı tarixdə heç zaman olmayıb və heç bilmirəm “Şuşi” nə deməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti