...

Aİ Azərbaycanla birgə biznes forumu keçirməyi planlaşdırır

Siyasət Materials 4 May 2022 16:57 (UTC +04:00)
Aİ Azərbaycanla birgə biznes forumu keçirməyi planlaşdırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla birgə biznes forumu keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib.

"Biz Azərbaycanın biznes sektorunun nümayəndələri ilə yeni əməkdaşlıq perspektivlərini müzakirə etmək, tərəfdaşlığı genişləndirmək, fikir mübadiləsi aparmağı planlaşdırırıq", - o deyib.

P.Mixalkonun sözlərinə görə, forumda Azərbaycandakı Avropa şirkətlərinin nümayəndələri, Azərbaycan-İtaliya ticarət palatası və Azərbaycan-Fransa ticarət-sənaye palatasının nümayəndələri iştirak edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti