...

Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasını təmin edib və bununla da Azərbaycan tarixinin gedişatını dəyişib - Qərbdən baxış

Siyasət Materials 9 May 2022 12:06 (UTC +04:00)
Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasını təmin edib və bununla da Azərbaycan tarixinin gedişatını dəyişib - Qərbdən baxış

Trend-i buradan izləyin

Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ili tamam olur. Trend BİA-nın müxbirinə müsahibədə qərb analitikləri Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu və ölkənin sürətli iqtisadi inkişafının təməlini formalaşdırmış nailiyyətləri barədə fikirlərini bölüşüb.

Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə analitiki Amanda Pol Trend-ə deyib ki, Heydər Əliyev Azərbaycan tarixinin gedişatını dəyişmiş “Əsrin müqaviləsi”nin imzalanmasını təmin edib.

“Heydər Əliyev Azərbaycanın energetika startegiyasını yaxşı başa düşürdü. Onun sayəsində tarixi zəfərə çevrilmiş “Əsrin müqaviləsi”ni imzalamaq mümkün oldu. Bu, ölkə tarixinin gedişatını dəyişmiş strateji saziş idi. Azərbaycana beynəlxalq enerji nəhəngləri gəldi və bu da beynəlxalq neft-qaz kəmərlərinin tikintisinə yol açdı. İri maliyyə ehtiyatlarının axını Azərbaycana öz iqtisadiyyatını inkişaf etdirməyə imkan verdi. Bu gün isə Azərbaycan vacib və etibarlı enerji daşıyıcıları tədarükçüsü kimi qəbul olunur”, - deyə o bildirib.

Analitikin sözlərinə görə, Heydər Əliyevin müdrik rəhbərliyi Azərbaycanın müstəqilliyinin və çiçəklənməsinin təmin olunmasına, onun regionda geosiyasi rolunun güclənməsinə yol açıb.

“Heydər Əliyev Qərblə əlaqələri inkişaf etdirərək və güclü müasir ordu quraraq praqmatik xarici siyasət yürüdürdü. Bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət Azərbaycanın öz ərazilərini azad etməsində həlledici rol oynadı”, - A.Pol deyib.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta öz növbəsində vurğulayıb ki, Heydər Əliyev müasir Azərbaycanın kursunun müəyyənləşməsində, müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində, xarici siyasətin formalaşmasında həlledici rol oynayıb.

“Energetika, əvvəlcə neft, sonra isə qaz yataqlarının işlənməsi, bu ehtiyatların dünya bazarlarına çatdırılması üçün boru xətlərinin çəkilməsi Heydər Əliyev siyasətinin vacib komponenti idi. Bu, həm də ABŞ-ın Azərbaycanla münasibətlərdə başlıca amillərdən oldu. Bundan başqa, Heydər Əliyevin enerji şirkətləri və maliyyə təşkilatları ilə əməkdaşlığından yaranan presedentlər də Azərbaycanın digər şirkət və təşkilatlarla münasibətləri üçün təməl yaradıb və beləliklə də, ölkənin çiçəklənməsi və təhlükəsizliyinə yol açıb. Bütün bunlar Azərbaycana bugünkü çağırışların öhdəsindən gəlməyə və özünün inkişaf yolunu seçməsinə kömək edir”, - R.Sekuta bildirib.

“Atlantic Council”in baş elmi işçisi Ariel Koen hesab edir ki, dünya enerji sahəsindəki siyasətinə görə Heydər Əliyevə minnətdar olmalıdır.

“Gürcüstan və ABŞ-ın o zamankı prezidentləri, Eduard Şevardnadze və Bill Klinton, eləcə də bp-nin rəhbəri Con Braunla birgə Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin işlənməsi və reallaşdırılmasını təmin etdi. Və bu gün bu uğurlu enerji siyasətinin əsasında həmçinin “Cənub Qaz Dəhlizi” layihəsini reallaşdırmaq mümkün oldu. Heydər Əliyev dünyəvi, açıq, müstəqil və çiçəklənən Azərbaycan konsepsiyasını irəli sürdü” – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti