Bakı. Trend:
Türkiyə və Əlcəzair arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 15 müqavilə imzalanıb.
Trend türk KİV-lərinə istinadla xəbər verir ki, sənədlər Şimali Afrika ölkəsinin prezidenti Əbdülməcid Tebbunun Ankaraya səfəri zamanı imzalanıb.
İmzalanma mərasimi Ankaradakı Prezident Kompleksində iki ölkə prezidentlərinin iştirakı ilə baş tutub.
Sazişlər təhsil, sosial xidmətlər, ətraf mühitin mühafizəsi, mədənçilik, beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə, mədəniyyət, kiçik biznesə dəstək, texnologiya və innovasiyalar, balıqçılıq və media sahələrində əməkdaşlığı nəzərdə tutur.