...

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan ombudsmanları Şuşada səfərdədirlər (FOTO)

Siyasət Materials 24 May 2022 14:08 (UTC +04:00)
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan ombudsmanları Şuşada səfərdədirlər (FOTO)

Şuşa.Trend:

"TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfransın iştirakçılarının bir qrupu ilk öncə Füzuli hava limanına, sonra isə Şuşaya yola düşüblər.

Trend-in Qarabağ bürosunun məlumatına görə, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Ombudsmanı Şeref Malkoç, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Qazaxıstan Ombudsmanı Elvira Azimova, Qırğızıstan Ombudsmanı Atır Abdrahmatova və digər şəxslər iştirak edir.

Qonaqlar Şuşa şəhərinin erməni işğalı dövründə dağıntılara məruz qalmış tarixi abidələrinin qalıqlarına baxıblar. Onlar Şuşanın qala divarlarını, Cıdır düzünü, Vaqifin məqbərəsini və digər tarixi məkanları ziyarət ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının 20 illiyinə həsr olunan konfrans sabah Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti