Bakı. Trend:
Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bldirib ki, buna səbəb seçici siyahısının dəqiqləşdirilməsindən sonra bəzi məntəqələr üzrə sayın Seçki Məcəlləsində nəzərdə tutulandan çox olmasıdır.
R.Qasımov deyib ki, bundan sonra da dairə seçki komissiyaları bununla bağlı işlərə başlayacaq.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.