...

Gömrük generalı Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib

Siyasət Materials 22 İyun 2022 19:15 (UTC +04:00)
Gömrük generalı Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Trend-in məlumatına görə, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onun 200 min manatdan çox rüşvət aldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti