...

Prezident Şavkat Mirziyoyev: Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir

Siyasət Materials 22 İyun 2022 21:26
Prezident Şavkat Mirziyoyev: Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir

Trend-i buradan izləyin

Bakı. Trend:

Biz ilk gündən qardaşım İlham Heydər oğlu ilə xeyli məsələləri reallaşdırmaq, birliyimiz, həmrəyliyimiz, ən əsası dinc yaşayışımız, firavanlığımızla bağlı çox fikir mübadiləsi apardıq və qərarlar qəbul etdik. Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. İqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir.

Trend xəbər verir ki, bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə təşkil etdiyi qəbulda səsləndirib.

“Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraq”, - deyə Özbəkistan Prezidenti qeyd edib.

Prezident Şavkat Mirziyoyev incəsənət ustalarına müraciətlə deyib: “Cari ilin noyabrında Səmərqənd şəhərində keçiriləcək görüşümüz zamanı orkestrimizin iştirakı ilə muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, Siz buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz. Heç bir niyyətimiz, amalımız mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti