...

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə olunmasına hər cür kömək edəcək - XİN

Siyasət Materials 23 İyun 2022 20:40 (UTC +04:00)
Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə olunmasına hər cür kömək edəcək - XİN

Bakı. Trend:

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə olunmasına kömək etmək üçün əlindən gələni edəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Biz bu il mayın 24-də Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın ilk iclasını alqışlayırıq. Delimitasiya prosesinin başlanması sərhəd insidentlərinin dayandırılmasına, Azərbaycanla Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına kömək etmək məqsədi daşıyır. Rusiya tərəflərin xahişi ilə lazımi məsləhət yardımı göstərəcək.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır. Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə bu çətin, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək.

Humanitar sahədə təmaslar Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə töhfə verir. Rusiya tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş vətəndaş cəmiyyəti və ekspert dairələri arasında dialoqu dəstəkləməyə davam edəcək”, - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti