...

Milli Məclis Qırğızıstanla hava əlaqəsi haqqında sazişi təsdiq etdi

Siyasət Materials 28 İyun 2022 12:27 (UTC +04:00)
Milli Məclis Qırğızıstanla hava əlaqəsi haqqında sazişi təsdiq etdi

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Saziş Qırğızıstanla hava əlaqələrinin qurulmasını, iki ölkənin bir-birinin hava məkanından istifadə etməsi və s. məsələləri nəzərdə tutur.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti