Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açdı.
Trend-in məlumatına görə, bunu Özbəkistan Senatının sədri Tanzila Narbayeva qadın sahibkarların Azərbaycan-Özbəkistan biznes forumunda deyib.
"Biz Azərbaycan Prezidentinin Özbəkistana səfərini mütərəqqi addım hesab edirik. Səfər çərçivəsində sahibkarlar arasında 500 milyon dollardan çox məbləğdə sənədlər imzalanıb", - qeyd edib
Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında münasibətlər daha da intensivləşəcək və qadınlar bunda vacib rol oynayacaq.
(Tərcümə: Orxan Nəbiyev)